Tarix: 2 Aprel 2024 08:30
İsrailin xarici işlər naziri İsrail Katz martın 31-də Türkiyədə bələdiyyə seçkilərində qələbəsi münasibətilə türk müxalifətini təbrik edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, Katz xüsusilə İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu və Ankara bələdiyyə başqanı Mansur Yavaşa təbrik ünvanlayıb.
O, seçkilərdə hakim AKP-nin məğlubiyyətini "Prezident Ərdoğana açıq mesaj" adlandırıb:
"İsrailə hücum etmək artıq işə yaramır, o, yeni şeylər tapmalıdır".
Qeyd edək ki, İsrail XİN başçısının təbriki və xüsusilə Prezident Ərdoğan barədə sözlərinə Türkiyə mediası sərt reaksiya verib.
Milli.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта