RU

BMT Təhlükəsizlik Şurasına bu ay Malta sədrlik edəcək

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Yaponiyadan Maltaya keçib."Report"un ABŞ bürosu xəbər verir ki, bunu Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Freyzer təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında elan edib.Diplomat bildirib ki, TŞ-də ay ərzində Kolumbiya, Yəmən və Liviyada olan mövcud vəziyyət, eləcə də, Qəzza və Suriyadakı humanitar vəziyyət də daxil olmaqla bir çox məsələlərlə bağlı vacib görüşlər keçiriləcək. Aprelin 18-də Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı xarici işlər nazirləri səviyyəsində iclas baş tutacaq.Səfir bildirib ki, ay ərzində TŞ-də İsrailin müraciəti ilə BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bağlanması ilə bağlı məsələ də müzakirə olunacaq: "Biz UNRWA-nın fəaliyyətinin davam etdirilməsi üçün çalışacağıq. Malta UNRWA-nın fəaliyyətini davam etdirməsi üçün dəstək verəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
167
12
Источники
Комментарий ()
Закрывать