RU

DƏHŞƏTLİ HADİSƏ: “Qazel" magistral yolda partladı - Avtomobil parçalandı (VİDEO)

Moskvanın qərbində “Qazel” markalı yük avtomobili yanıb .

32gun.az bildirir ki, bu barədə "Дептранс. Оперативно" Telegram kanalı məlumat yayıb.
Yanan avtomobil daha sonra partlayıb.

Belə ki, hadisə yerinə gedən yanğınsöndürənlər şlanqı açmağa başlayıblar, lakin bu zaman avtomobil partlayıb. Partlayanın qaz balonu olduğu qeyd edilir.

“Avtomobilin yanması səbəbindən küçədə nəqliyyatın hərəkəti iflic olub. Şəhərin təcili yardım xidmətləri hadisə yerinə yollanıb.

Hadisənin hansı şəraitdə baş verməsi və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir”, - deyə məlumatda bildirilib. 

Sürücülərə alternativ yolları seçməyi tövsiyə edilib.

Ayxan


 

 

Избранный
490
32gun.az

1Источники