RU

“Qarabağ” Azərbaycan səviyyəsini aşıb, artıq bir Avropa markasıdı” – LAYİHƏ

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Nail Kərimovla lahiyə çərçivəsində ilk söhbətimiz zamanı “Qəbələ”nin idman akademiyasında çalışırdı. O akademiya ki, bu gün Azərbaycan futbolunda sözünü deməyi bacarıb, premyer-liqada çıxış edən komandaların az qala hamısının heyətində “Qəbələ”nin yetirməsi var. Artıq Nail Kərimov iş yerini dəyişib, bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq. Fevralın ortalarında “Qarabağ” akademiyasında menecer vəzifəsinə təyin olunan Nail bəylə söhbətdə gələcək planlarla yanaşı, bugünkü durum haqda da danışdıq.

- Nail bəy, əvvəlcə sizə yeni işinizdə uğurlar arzulayıram. Uzun müddətdi futbolun içindəsiz, xüsusən də akademiya sahəsində. Deməli, bu sahənin incəliklərini də yaxşı öyrənmisiz. Uşaq futbol akademiyası sizin üçün nədi?
- Diqqətinizə görə təşəkkür edirəm. Futbol aləminə gəlişim 2002-ci ildə idman jurnalisti kimi olub. 2006-cı ildə isə “Qəbələ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri təyin olundum. Bundan üç il sonra akademiyada menecer kimi işə başladım. “Qarabağ”a gəlməzdən əvvəlki iki ildə “Qəbələ”nin baş meneceri postunu tutmuşam. Akademiyada işimi davam etdirsəm də, əsas komandanın, klubun strategiyasının qurulmasında, idarə olunmasında iştirak etmişəm. Sözsüz, hər bir sahə mənim üçün maraqlı olub. Məsələnin içində futbol topu varsa, mənim üçün maraqsız ola bilməz. Amma akademiyanın yeri mənim üçün bir başqa olub. Ondan başlayım ki, mənim üçün akademiya həm də yaradıcılıqdı. Çünki uzunmüddətli iş görürsən, futbolçunun şəxsiyyət kimi formalaşmasında iştirak edirsən. Bu formalaşmanın şaxələri o qədər genişdi ki, hər birini əhatə etməyə çalışırsan. Şəxsiyyəti intellekt, dünyagörüşü, təhsil, xarakter, idmançı, sağlam vətəndaş kimi yetişdirməklə məşğul olursan. Onun sağlam qidalanmasına, vitaminlərlə lazımınca təmin olunmasına, zədələrdən qorunmasına, zədələnəndə tez sağalmasına diqqət edərək o futbolçunun formalaşdırılmasına əmək sərf edirsən. Bu da çoxşaxəli və çətin olduğu qədər də maraqlıdı. Həmin uşaqlar böyüyəndə, hansısa komandanın peşəkar futbolçusu olanda, onları o komandalarda və millinin formasında görmək adama zövq verir. İşin əsl zövqlü tərəfi də budu. Mən də buna görə hesab edirəm ki, mənim üçün futbolda ən xoş olan sahə məhz akademiyadı.

“Qarabağ”


- Artıq bir müddətdi “Qarabağ”dasız. Vəziyyətlə tanış olduz, akademiyanın vəziyyətini necə qiymətləndirərdiz?
- Əlbəttə, ötən müddət ərzində “Qarabağ” akademiyasındakı vəziyyətlə imkan daxilində tanış olmuşam. Amma düşünürəm ki, daha yaxından tanış olmaq üçün bir qədər də zamana ehtiyac var. Bütün komandaların oyunlarını və məşqlərini qısa müddətdə izləmək, təhlil etmək çətindi. Bu mövsümün sonuna qədər hələ baxacağıq, öyrənəcəyik, müəyyən nəticələrə gələcəyik. Təbii ki, bəzi əməli işlərin görülməsinə indidən başlanılıb. Bu mövsüm nələri dəyişmək istəyiriksə, test rejimində həmin işlərə başlamışıq. Sevindirici məqam odu ki, mövsümün əvvəlindən müsbət məqamlar hiss olunur. Aftandil Hacıyev mövsümün əvvəlindən akademiyaya təyinat alıb. Onun akademiyanın texniki direktoru vəzifəsinə təyinatı artıq bəzi məqamların aradan qaldırılmasına kömək olub. Açıq danışmaq lazımdısa, vəziyyəti o qədər də yaxşı qiymətləndirmək mümkün deyil. Hamıya məlumdu ki, “Qarabağ”ın akademiyasının bazası yoxdu. Bu da ciddi problemlər yaradır.

- Qarşıda hansı vəzifələr dayanır? Gələcək planlar nədən ibarətdi?
- Hazırda klub rəhbərliyinin də ən həssas yanaşdığı məsələ baza ilə bağlı problemlərdi. Qısa müddətdə bu çatışmazlığı aradan qaldırmağa çalışırıq. Bu məsələ həllini taparsa, işlər çox yaxşı vəziyyətə gəlib çatacaq. Mövsüm ərzində müşahidələrimizi davam etdirmək, kompleks şəkildə proqram hazırlamaq istəyirik. Sonra da bu proqramı klub rəhbərliyinə təqdim edib, nöqsanları mərhələli şəkildə aradan qaldıracağıq. Əsas hədəf “Qarabağ”ın A komandasına layiq akademiyanın formalaşdırılmasıdı. Bu istiqamətdə işlərə başlamağı planlaşdırırıq.



- “Qarabağ” xeyli vaxtdı Azərbaycanda bir marka dəyərinə çevrilib, möhtəşəm uğurlar qazanmağı bacarıb. Bu uğurlar uşaq komandaları və məşqçilər üçün bir stimuldu, yoxsa təzyiq yaradan məsuliyyət? Onu nəzərdə tuturam ki, hamı bu adın böyüklüyünü qəbul edir, ona layiq olmağa çalışır...
- Ümumiyyətlə, “Qarabağ” akademiyasında çalışmağın çox böyük üstünlüyü var. Bu da “Qarabağ”ın loqosudu. “Qarabağ”ın loqosu çox mətləbdən xəbər verir. Bir çox istedadlı, perspektivli futbolçuları, mütəxəssisləri bu loqonun ətrafında “Qarabağ”a toplamaq mümkündü. Loqonun əhəmiyyəti böyükdü. “Qarabağ” artıq bir brendə çevrilib. Azərbaycan səviyyəsini aşıb, artıq bir Avropa markasıdı. Biz də bunun fərqindəyik ki, yaxşı əsas komandayla yanaşı, akademiyanın da o səviyyədə qurulması şərtdi. Bunun üçün də lazımı addımları atacağıq. Təbii ki, hər şey mərhələli və düşünülmüş şəkildə həyata keçirilməlidi.

- Son sualım təhsillə bağlıdı. Futbolçular üçün təhsil nə qədər önəmlidi, onların təhsildən geri qalmaması üçün hansısa planlar varmı?
- Hazırda bu suala cavab vermək bir qədər çətindi. Çünki kifayət qədər vaxt olmayıb bu məsələləri görüm və nəzarətdə saxlayım. Gələcək planların içində bu da var. Futbolçuların təhsili həm də ona görə vacibdi ki, onların yetərincə dünyagörüşü, biliyi olsun. Məsələ təkcə ali təhsil almaqdan getmir. Təbii ki, bunun üçün də müəyyən addımlar atacağıq. Ən müxtəlif təqdimatlar, prezentasiyalar və sair buna bənzər addımlar atılacaq ki, bu boşluğu aradan qaldıra bilək.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
284
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23362
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16219
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14561
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
11946
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11452
Helikopterin qalıqları tapılıb
9917
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7247
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5438
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5330
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4113
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3651
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2909
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2169
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1825
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1728
Azərbaycan nefti ucuzlaşdı
1709