RU

Kliçko: “Ukrayna sülh müqabilində bu addımı atmayacaq”

Kiyevin meri Vitali Kliçko Ukraynada münaqişənin dondurulması və ərazi güzəştləri ideyasına qarşı çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Bild am Sonntag" qəzetinə müsahibəsində o bildirib ki, "bu dondurulma ideyası yanlış fikirdir, onun əvəzində daha çox dəstəyə ehtiyacımız var. Biz heç bir ərazini Rusiyaya verməyəcəyik. Belə kompromis ola bilməz. Raket hücumları hələ də artmaqdadır, bizə təcili olaraq yeni "Patriot" raketləri və insanları qorumaq üçün yeni imkanlar lazımdır".

Ukraynalı siyasətçi hesab edir ki, Rusiyanın Kiyevə hücum təhlükəsi hələ də mövcuddur və bu, Rusiya Federasiyası üçün "məqsəd olaraq qalır".

"Biz bunu bilirik və iki il əvvələ nisbətən mümkün yeni hücumlara daha yaxşı hazırlaşmışıq", - Kliçko bəyan edib.

Qeyd edək ki, münaqişənin dondurulması ideyası daha əvvəl Almaniya Sosial Demokrat Partiyasının Bundestaqdakı fraksiyasının rəhbəri Rolf Mützeniç tərəfindən irəli sürülüb. Almaniyada onun təşəbbüsü həm dəstək, həm də tənqidlə qarşılanıb.

Xatırladaq ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ümumilikdə Almaniya indiyədək Kiyevə hərbi dəstək üçün təqribən 28 milyard avro məbləğində vəsait ayırıb və ya müvafiq öhdəliklər götürüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
6
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43400
Abdullahianın cəsədi tapıldı - FOTO
30559
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24685
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
23378
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20044
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17313
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15118
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11694
Helikopterin qalıqları tapılıb
11657
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8070
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7262
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6951
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6848
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5880
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5466
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5261
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4439
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
3989
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3952