Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəAbşeron rayonu, Güzdək qəsəbəsi ərazisində sursat aşkar edilməsibarədə məlumat daxil olub.
Trend xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in XüsusiRiskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevikqrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əlqumbarası, 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.