RU

Britaniya ordusunda 100 illik qadağa ləğv edilir

Bakı. Trend:

Britaniya ordusunda 100 illik qayda dəyişdirilir.

Trend xəbər verir ki, yeni dəyişikliyə əsasən artıq ordudakıəsgər və zabitlərə saqqal saxlamağa icazə veriləcək.

Ordu rəhbərliyi bu siyasətin yeni əsgərləri cəlb etməyə köməkedəcəyinə ümid edir. Bildirilib ki, saqqal və bığlar səliqəli,baxımlı olmalıdır və bu, müntəzəm olaraq yoxlanılacaq.

Müdafiə naziri Qrant Şapps keçən il mediaya verdiyi müsahibədəorduda saqqal saxlamağın qadağan edilməsinin gülünc olduğunubildirmişdi və o, qurumu modernləşdirməyə çağırış etmişdi.

Kral Hərbi Dəniz Qüvvələrində uzun müddətdir ki, saqqalsaxlamağa icazə verilir və Hava Qüvvələrində 2019-cu ildə saqqalqadağası ləğv edilib. Lakin Britaniya ordusu indiyə qədər yalnızsağlamlıq, dini və ya əməliyyat səbəblərinə görə saqqala icazəverirdi.

Qeyd edək ki, Danimarka, Almaniya və Belçika kimi bir neçəAvropa ölkəsinin ordusu əsgərlərə saqqal saxlamağa icazə verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
99
7
az.trend.az

9Источники