RU

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbirləri keçirilib - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 31 mart – Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbirləri keçirilib.




Tədbirdə Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər haqqında geniş məlumat verilib.
Struktur qurumların şəxsi heyətinin Dövlət Sərhəd Xidmətinin Aparatında yerləşən “Siyasi repressiya qurbanları” muzeyinə ekskursiyaları təşkil edilib.
Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması barədə ziyarətçilərə geniş məlumat verilib, muzeydə saxlama kameraları, karserlər, dindirilmə və güllələnmə otaqları nümayiş etdirilib.
Anım tədbirlərində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər azərbaycanlılara qarşı törədilən soyqırım siyasətinin ermənilər tərəfindən planlı şəkildə həyata keçirildiyini və onların azərbaycanlıları öz doğma torpaqlarından çıxarmaq, fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq niyyətində olduqlarını xüsusi vurğulayıblar.
Keçirilən tədbirlərin sonunda şəxsi heyətə azərbaycanlıların soyqırımına həsr olunmuş “Unudulmayan tarix” sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
129
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23480
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
18917
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16760
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14597
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11472
Helikopterin qalıqları tapılıb
10116
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7345
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6715
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5560
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5376
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4215
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4204
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3680
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2956
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
2551
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2188
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
1945
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1866