RU

“Real” “Bayern”in müdafiəçisini transfer edir

“Real” “Bayern Münhen”in müdafiəçisi Alfonso Devisin transferi ilə bağlı razılığa gəlib. Msport.az “AS”a istinadən xəbər verir ki,  müqavilədə bəzi detalları dəqiqləşdirmək qalır.

Mənbənin sözlərinə görə, Madrid klubu 23 yaşlı futbolçu ilə anlaşsa da, hələ “Bayern”lə transferin məbləği ilə bağlı ortaq məxrəcə gələ bilməyib.  “Kral klubu” Münhenlilərə 25-30 milyon avro ödəməyə hazırdır, lakin Almaniya təmsilçisi Devisə görə 50 milyon istəyir.

Qeyd edək ki, Devis bu mövsüm bütün turnirlərdə 31 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Bayern”lə müqaviləsi 2025-ci ilin yayına kimidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
195
8

1Источники

Комментарий ()
Закрывать