RU

“Dünya liderləri məndən Trampın qalib gəlməməsini xahiş edirlər” – Bayden


“Dünya liderləri məndən Trampın seçkilərdə qalib gəlməsinin qarşısını almağı xahiş edirlər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda keçirilən tədbirdə deyib.
“Demək olar ki, bütün dünya liderləri deyir ki, siz Trampın (ABŞ-nin keçmiş prezidenti Donald Tramp – red.) qalib gəlməsinə icazə verə bilməzsiniz, demokratiya təhlükədədir. Mən o qədər də xüsusi deyiləm, amma Tramp deyiləm”, - Bayden deyib.
Onun sözlərinə görə, Tramp NATO-dan uzaqlaşıb və Rusiyaya istədiyini etməyə icazə verib.
Bayden həmçinin seçki rəqibini Amerika Vətəndaş Müharibəsindən bəri ən qeyri-demokratik prezident adlandırıb.
Tramp öz növbəsində dəfələrlə bəyan edib ki, Bayden ABŞ-də demokratiyanı təhlükə altına alır. Eks-prezident qeyd edib ki, ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərinə qədər qalan müddət Baydenin ölkəyə vura biləcəyi zərər baxımından əbədiyyət kimi görünür.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
296
50
yeniavaz.com

10Источники