RU

“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu oldu

Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilib.

Yenisabah.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Bununla da "Qarabağ" xallarının sayını 69-a çatdırıb. Nəticədə "Qarabağ" sona 8 tur qalmış tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, 28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.

29 mart (cümə)

19:00. “Kəpəz” – “Qarabağ” - 1:6 

Qollar: Latir Fal, 90 - Julio Romao, 21, Olavio Juninyo, 52, 56, Abbas Hüseynov, 64, Elvin Cəfərquliyev, 69, Redon Cica, 89 

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli

Tofiq Bəhramov adına Respublika Stadionu


Telegram kanalımız
Избранный
198
14
yenisabah.az

4Источники