RU

"Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım..."

"Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım..."

"Polad pianinonu dınqıldatdı, Bülbül də oxudu. Böyük müğənni Mingəçevirdə ilk konsertini belə verib..."

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov özünün "Bir ömrün salnaməsi" kitabında Mingəçevir su elektrik stansiyasının tikintisi zamanı hazırda Azərbaycanın Rusiyadakı səfiri olan Polad Bülbüloğlunun atası mərhum müğənni Bülbüllə birgə inşaatçılarla görüşə gəlməsi barədə maraqlı bir epizod nəql edib.
Aktuallığını nəzərə alaraq sözügedən parçanı Moderator.az oxucularının nəzərinə çatdırırıq:

"Mingəçevirdə su elektrik stansiyasının tikintisi ilə bütün ölkə maraqlanırdı. Yazıçılarımız tez-tez Mingəçevirə gəlir, başqa müttəfiq respublikalardan öz həmkarlarını da buraya dəvət edirdilər. Aleksandr Fadeyev, Vasili Ajayev, Konstantin Simonov dəfələrlə Səməd Vurğun, Süleyman Rəhimov, Əli Vəliyev, Mirzə İbrahimov, İlyas Əfəndiyevə qoşulub Mingəçevirə gəlmişdilər...

Görkəmli xanəndə Bülbül bir dəfə Mingəçevirə gələndə dedim ki, inşaatçıların qarşısında çıxış etmək lazımdır. Bizim də hələ nə klubumuz var, nə də mədəniyyət sarayımız... Bülbül soruşdu ki, bəs harada çıxış edim. Cavab verdim ki, narahat olmayın, bu gecə 1000 nəfərlik bir klub tikdirəcəyəm...

Daşları düzüb üzərlərindən taxtaları döşədik. Beləcə səhnə düzəldəndən sonra bir köhnə pianino tapıb səhnəyə çıxardıq. İndiki mədəniyyət nazirimiz(hazırda Azərbaycanın Rusiyadakı səfiri-S.L.) Polad Bülbüloğlunun o vaxt 5-6 yaşı olardı. Onu özüm qucağıma alıb səhnəyə çıxardım. Polad pianinonu dınqıldatdı, Bülbül də oxudu. Böyük müğənni Mingəçevirdə ilk konsertini belə verib..."

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
5561
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
5497
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
884
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
877
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
857
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
852
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
826
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
496
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
310
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
289
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
279
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
217
Arda Gülər dayanmır, yenə fərqləndi -
155
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
139
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
136
Arda dubl etdi - VİDEO
135
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
119
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
116
“Mançester Siti” İngiltərə çempionu olub
104
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
104