RU

Səfir Paşinyana qarşı gənclər hərəkatına start verdi- Paşinyan 5 aprel görüşünə getməyə bilər...

Image

Mirkazım Seyidov:”Bu gedişlə Rusiya Ermənistanla bağlı mövqeyini daha da  konkretləşdirəcək”

Erməni mediasının verdiyi məlumata görə, Eduard Şarmazanovun rəhbərlik etdiyi Respublikaçılar Partiyası Gənclər Təşkilatının nümayəndələri Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin ilə görüşüblər.

Görüşdə Ermənistan-Rusiya münasibətlərinin inkişafı və bu prosesdə gənclərin rolu ilə bağlı məsələlər müzakirə olunub. Bildirilir ki, ümumi mədəni-mənəvi dəyərlərlə bağlı da  məsələlər ətrafında müzakirələr aparılıb. 

Diqqət çəkən məqam budur ki, səfirlə görüşən nümayəndələr hazırda Paşinyana qarşı müxalifətdə olan və Rusiyanın Ermənistandakı əsas dayaqlarından sayılan sabiq prezident Serj Sarkisyanın rəhbəri olduğu partiyanın üzvləridir. Bu təbəqənin fəallaşması və xüsusilə də Rusiya səfiri ilə görüşməsi Moskvanın Paşinyana qarşı hakimiyyət dəyişikliyi planını açıq şəkildə işə saldığına və bunu reallaşdıra bilən qüvvələri səfərbər etməsinə bir işarədirmi? 

Hətta bəzi ekspertlər hesab edir ki, bu cür təzyiq vasitələri ilə Rusiya Paşinyanı 5 apreldə keçirilməsi nəzərdə tutulan Brüsseldəki AB-Ermənistan-ABŞ formatdakı görüşdən çəkindirmək istəyirlər. Paşinyan bu cür təzyiqlərin fonunda həmin görüşdən imtina edə bilərmi?

Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəli, bu gedişi Risiyanın Paşinyana açıq xəbərdarlığı kimi qiymətləndirmək olar: “Görüşə rəhbərlik edən Eduard Şarmazanov Serj Sarkisyanın ən yaxın adamı sayılır. Hətta Sarkisyanın hakimiyyəti dönəmində parlamentin vitse-spikeri olub. Onun bundan əvvəl də Rusiyanın Ermənistandakı səfiri ilə görüşləri olub və bu barədə mediaya məlumatlar verilib. Şarmazanov hazırda Serj Sarkisyanın lideri olduğu partiyanın əsas liderlərindən biri sayılır. Son vaxtlar Rusiya-Ermənistan münasibətlərindəki gərginlik açıq şəkildə nəzərə çarpır. Ermənistan konkret olaraq anti-Rusiya kursunu götürüb. Rusiyanı KTMT-dəki fəliyyətini donduracağı, rus hərbi bazalarını ölkə ərazisindən çıxaracağı ilə hədıləyir. Rusiyanın iradəsinin əksinə olaraq, bölgəyə Avropa müşahidəçilərini gətirib.  İndi isə özünün “təhlükəsizliyini” təmin etmək adı ilə Brüsseldə üçtərəfli görüşə gedir. Təbiidir ki, bu format açıq-aşkar Rusiyaya meydan oxumaq anlamına gəlir. Rusiya Ermənistana bunları bağışlamaq istəməyəcək. Ona görə də Paşinyanı devirmək mexanizmini işə salıb. İnqilabın hərəkətverici qüvvəsi gənclər olur. Artıq Rusiya səfiri müxalif gənclərlə görüşürsə, deməli, prosesə start verilib. Kreml Nikol Paşinyanı devirmək istəyərsə, mütləq mənada Ermənistandakı hərbi bazasının və yerli radikalların xidmətlərindən istifadə edəcək. Təəccüblü deyil ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və digər Rusiya rəsmiləri hər fürsətdə Paşinyanı ittiham edirlər. Onun Qərbyönümlü olduğunu, NATO-nu Qafqaza gətirməyə çalışdığını deyirlər. Moskva erməni xalqını inandırır ki, bütün baş verən bədbəxtliklərin günahkarı Nikol Paşinyandır. Bütün fəlakətlər ona görə baş verib. Ancaq düşünmürəm ki, Rusiyanın bu cür sərt gedişləri Paşinyanı 5 aprel Brüssel görüşündən yayındıra biləcək. Paşinyan həmin görüşdən imtina edə bilməz. Çünki onun yönü o tərəfədir. Ancaq bu gedişlə Rusiya Ermənistanla bağlı mövqeyini daha da  konkretləşdirəcək”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
206
12
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13953
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11155
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9146
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2985
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2538
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2161
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2110
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1581
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1148
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
759
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
711
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
669
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
666
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
617
Arda Gülər dayanmır, yenə fərqləndi -
589