RU

“Evimi yandırmaq istəyirlər, burada yaşamağa qorxuruq” - Fotolar

 

“Tanımadığımız şəxs gündüz vaxtı evimizi yandırmağa cəhd göstərib. İndi burada yaşamağa qorxuruq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qaradağ rayonunun Qobustan qəsəbəsi sakini Fərhad İsayev deyib. 

Şikayətçi iddia edir ki, martın 11-də kimsə evlərinə girərək yanğın törətmək istəyib, lakin qonşulardan birinin müdaxiləsi ilə hadisənin qarşısı alınıb: “Hadisə vaxtı mən evdə olmamışam. Anam olub, o da yaşlı qadındır. Kimsə evimizi yandırmaq istəyib, amma buna nail ola bilməyib. Sadəcə evin girişindəki pərdə yanıb. Qonşunun müdaxiləsi ilə yanğının böyüməsinin qarşısı alınıb. Hadisəni törədən şəxs isə avtomobillə ərazidən uzaqlaşıb”.

Vətəndaş bildirib ki, hadisəni törədənin kim olduğu və bunu hansı məqsədlə etdiyi bilinmir: “Bu hərəkətin hansı məntiqə sığdığını anlamırıq. Bizə yalnız qaçan şəxsin avtomobili bəllidir. Kamera görüntülərinə düşən avtomobilin seriya nömrəsini 11-ci Polis Şöbəsinə verərək şikayəti etmişik”. 

Məsələ ilə bağlı Daxili İşlər Naziliyinə sorğu göndərdik. DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı saytımıza bildirdi ki, Qaradağ rayon sakini F.İsayev Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək martın 11-də yaşadığı evin girişi hissəsinin yandırılmasını və nəticədə ona maddi ziyan dəyməsi ilə bağlı müraciət edib:“Vətəndaş hadisəni törətməkdə şübhələndiyi şəxs barədə də polisə məlumat verib. Araşdırma zamanı hadisə şahidləri və ev sahibinin şübhələndiyi şəxs dindirilib, lakin hadisənin həmin şəxs tərəfindən törədilməsi faktı təsdiqini tapmayıb. Hazırda F.İsayevin müraciəti əsasında araşdırmalar davam edir”.

Fidan Etibar

Mənbə: qafqazinfo.az

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23384
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16342
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14572
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
13623
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11460
Helikopterin qalıqları tapılıb
9947
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6711
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5470
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5339
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5331
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4182
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4128
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3653
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2913
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2175
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1835
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1737
Azərbaycan nefti ucuzlaşdı
1715