RU

Bakıda daha bir elektrik mühərrikli avtobus

“BakuBus” 5 nömrəli marşrut xəttinə elektrik mühərrikli avtobus buraxıb.Metbuat.az xəbər verir ki, uzunluğu 24.4 km olan marşrut xətti 20 ci Sahə-Nərimanov istiqamətində fəaliyyət göstərir.

Qeyd edək ki, dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin ZhongTong Bus şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 34 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 80 nəfərdir. Batareya gücü 373 kVt/saat olan avtobus tam enerji dolumunda 250 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
7
metbuat.az

7Источники