- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Ermənistan Qərbin əlində alver predmetinə çevrilməməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Təəssüflər olsun ki, Qərbin Ukraynanı oynadıb sındırdıqdan sonra qolsuz-ayaqsız köhnə gəlincik kimi küncə ataraq necə yeni qurbanlar axtarmağa başladığını görürük. Bu yeni qurban şirnikləndirilən, aldadılan Ermənistan olmamalıdır”, - diplomat bildirib.
Zaxarova Ermənistana sülh və firəvanlıq arzulayıb. O, Rusiyanın həmişə "çətin anlar"ında Ermənistanın köməyinə gəldiyini də etiraf edib. Məsələn, Birinci Qarabağ Müharibəsində - Azərbaycan əraziləri işğal ediləndə.