“Crocus”da baş verən terror aktında xəsarət alanların sayı 382-yə çatdı
“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Fəlakətlər üzrə Tibb Mərkəzi məlumat yayıb. “Yenilənmiş məlumatlara görə, 9-u uşaq olmaqla 382 nəfər xəsarət alıb. Onların əksəriyyətinə, 217 nəfərə ambulator yardım göstərilib. 165 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 96-sı artıq evə buraxılıb”, - məlumatda bildirilib.