Bu gün Türkiyənin Antalya şəhərində Böyük Dəbilqə turnirinə start veriləcək. Futbolpress.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 cüdoçusu qüvvəsini sınayacaq. Belə ki, kişilər arasında -60 kq. çəkidə Əhməd Yusifov, -66 kq. çəkidə Ruslan Paşayev və Rəşad Yelkiyev medallar uğrunda mübarizə aparacaq. Martın 31-dək davam edəcək “Böyük Dəbilqə”yə Azərbaycan 9 kişi cüdoçu ilə yollanıb. tags tags