- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Ermənistan Rusiyanın “RTR-Planeta” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının ölkədə yayımını qadağan edib.
Bu barədə məlumatı ölkənin Televiziya və Radio Yayımları Şəbəkəsi yayıb.
Bildirilir ki, buna səbəb Ermənistanın Televiziya və Radio Komissiyası tərəfindən son zamanlar qeydə alınan daimi pozuntulardır.
Mənbə: qafqazinfo.az