Qəzza zolağındakı münaqişə dünya ictimaiyyətinin diqqətini Ukraynada cərəyan edən vəziyyətdən yayındırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Volodimir Zelenski bildirib.
ABŞ-nin “CBS News” telekanalına müsahibəsə verən dövlət başçısı qeyd edib ki, Kiyevdə başa düşürlər ki, söhbət humanitar fəlakətdən gedir.
“Bununla belə, bu humanitar fəlakət informasiya sahəsində diqqəti Ukraynadan yayındırıb”, - Zelenski vurğulayıb.