RU

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olundu

Azərbaycan Tibb Universiteti ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı növbəti nailiyyəti əldə edib. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq üç tədris proqramını beynəlxalq akkreditasiyadan keçirən ATU bu dəfə milli səviyyədə institusional akkreditasiyadan uğurla keçib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya Şurasının qərarına əsasən, Azərbaycan Tibb Universiteti 5 il müddətinə institusional akkreditasiyanı əldə edib. Bundan əlavə,  ATU-nun Müalicə işi, Stomatologiya və Əczaçılıq ixtisasları üzrə aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsinin nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.Bu gün keçirilən tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional akkreditasiyaya dair  şəhadətnaməsi universitet rəhbərliyinə təqdim olunub. Mərasimdə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli akkreditasiya prosesinin yüksək səviyyədə təşkili ilə bağlı tərəfdaş quruma təşəkkürünü bildirib. Bu cür proseslər zamanı ortaya çıxan yeni yanaşmaların istənilən müəssisənin inkişafına yeni təkan verdiyini qeyd edib:“Akkreditasiya prosesi  nəticəsində irəli sürülən tövsiyələrin hamısı bizim üçün çox əhəmiyyətli olmaqla yanaşı, ümumilikdə ATU-nun inkişafı üçün yeni istiqamət təşkil edir. Biz eyni zamanda  qlobal təhsilin müsbət keyfiyyətlərinin milli təhsilə inteqrasiyasına ciddi önəm verməliyik. Bu baxımdan, beynəlxalq akkreditasiya nəticələrinin təsdiqlənməsi də ATU təmsilçiləri olaraq bizim üçün yeni məsuliyyət yaradır”.G.Gəraybəyli ATU-nun qarşısında daha böyük hədəflərin olduğunu, 3 proqramdan savayı, digər ixtisasların beynəlxalq akkreditasiyadan keçirilməsi üçün işlərin aparılacağını bildirib. Bu proseslərin həm ATU, həm tibb təhsili, həm də ümumilikdə təhsilin inkişafına töhfə verəcəyindən əminliyini vurğulayıb.Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov proses zamanı ATU ilə faydalı əməkdaşlığın yarandığını bildirib:“İnstutisional akkreditasiyasının əldə olunması, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən proqram akkreditasiyasının nəticələrini tanınması universitetin bir çox aspektlərdən özünün mövcud mövqeyini və gələcək missiyasını ortaya qoymaqda faydalıdır”.T.Əhmədov akkreditasiyanın əsasən ali təhsil müəssisələrinə dəstək məqsədilə keçirildiyini, bu prosesin müəssisələrin fəaliyyətinin diaqnostik baxımdan dəyərləndirilməsinə, müsbət təcrübənin təqdir olunmasına, təkmilləşdirməyə ehtiyacı olan hissələrin qabardılmasına yardımçı olduğunu qeyd edib.Mərasimdə ATU-nun rəhbər şəxsləri, prorektorları, dekanları və TKTA-nın nümayəndə heyəti iştirak edib.Xatırladaq ki, 2023-cü ildə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi  (IAAR - Independent Agency For Accreditation and Rating) Azərbaycan Tibb Universitetinin Müalicə işi, Əczaçılıq və Stomatologiya ixtisaslarının 5 illiyinə akkreditasiyadan keçirilməsinə dair qərar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
4
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17624
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12623
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10036
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4260
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3863
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3237
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3072
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2628
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2264
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2118
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1592
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1106
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1019
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
982
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
970
Mayın ilk gününün havası açıqlanıb
888
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
788