ABŞ-ın “Gallup” araşdırma şirkətinin apardığı sorğuya əsasən, amerikalıların yarıdan çoxu İsrailin Qəzzaya hücumlarını dəstəkləmir.
Araşdırma şirkəti amerikalılardan İsrailin 1-20 mart tarixləri arasında Qəzzaya hücumları ilə bağlı fikirlərini soruşub.
Sorğuda iştirak edənlərin 55 faizi İsrailin hücumlarını dәstәklәmәdiyini, 36 faizi isə hücumları dəstəklədiyini bildirib. İştirakçıların 9 faizi rəy bildirməyib.
Sorğuda iştirak edən demokratların yalnız 18 faizi İsrailin Qəzzaya hücumlarını dəstəkləyib, 75 faizi isə buna qarşı çıxıb. Respublikaçıların 64 faizi İsrailin hücumlarını dəstəkləyib.
ABŞ-da yetkinlərin 74 faizi İsrailin Qəzzaya hücumları ilə bağlı xəbərləri izlədiklərini bildirib.
İştirakçıların 27 faizi ABŞ prezidenti Co Baydenin Yaxın Şərq siyasətini dəstəkləmədiyini vurğulayıb.