RU

Paşinyanın Blinken və Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər

Aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər.

Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu, rəsmi İrəvan isə “üçüncü tərəfə qarşı olmadığını” desə də, Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı haqda məlumatlar var.

Birincisi, Azərbaycan Xarici İşlər Nazirliyinin “Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir” açıqlaması rəsmi Bakıda bu haqda informasiyaların olduğunu göstərir;

İkincisi, ötən ilin 5 oktyabrında Qranadada Paşinyanla görüşən Ursula fon der Leyen “Avropa İttifaqı və ABŞ-ın Ermənistana dəstək məqsədilə birgə planının hazırlandığı” açıqlamasını vermişdi, aprelin 5-də keçirilən görüş də bu planın rəsmiləşməsi məqsədi daşıyır: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ötən həftə bildirdi ki, “Brüsseldə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın aspektləri müzakirə ediləcək, tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır”;

Ermənistanın “müqavimətinin gücləndirilməsi” tədbirlərinin Qərbin Rusiyanı bu ölkədən çıxarmaq və Cənubi Qafqazda Moskvaya qarşı yeni cəbhə açmaq planının tərkib hissəsi olduğu bəllidir. İrəvanın Aİ müşahidəçilərini bölgəyə gətirməsi, Fransa tərəfindən silahlandırılması kimi ayrı-ayrı komponentlər ABŞ-Aİ hərbi paktı ilə bütövləşə, Qərbin kollektiv dəstəyinə çevrilə bilər. Bu vəziyyət bütövlükdə regiona qeyri-stabillik vəd edir. Çünki Ermənistanın Qərbin kollektiv hərbi dəstəyini əldə edəcəyi təqdirdə iki istiqamətdə hərəkət edəcəyi ehtimalı böyükdür:

- Rusiyadan sürətlə xilas olmaq: bu məqsədilə rus hərbçilərinin ölkədən çıxarılması istiqamətində addımlar atacaq, artıq sərhədçilərin çıxarılması gündəmdədir;

Spiker Alen Simonyanın son açıqlamaları bu kontekstdə xüsusilə diqqət çəkir. Rus sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması məsələsinin artıq həll olunduğunu deyən spiker Alen Simonyan bildirib ki, “onların Türkiyə ilə sərhəddən çıxarılması müzakirə edilmir”, lakin əlavə edib ki, “Türkiyə Ermənistana hücum edərsə, Rusiya sərhədçilərinin nəsə edəcəyinə şübhə ilə yanaşır”. Bu o deməkdir ki, İrəvanın növbəti addımı rus hərbçilərinin sərhəddən də tamamilə çıxarılması olacaq. Daha sonra Gümrüdəki 102-ci baza məsələsi gündəmə gələcək. Bu addım hələki ritorik müstəvidə reaksiya verən Rusiyanın praktiki müstəvidə hərəkətə keçməsini şərtləndirə bilər. Ki, bu da Ermənistanda və bu ölkə üzərindən bölgədə qlobal toqquşma təhlükəsini yaradır. Belə bir toqquşma riski həm də Azərbaycan-Ermənistan sülh danışıqları prosesini arxa plana keçirə bilər.

- Qərbin kollektiv dəstəyini alan Ermənistanın Azərbaycana qarşı revanşizm siyasətinə yenidən qayıtması riski də var. Ən azı rəsmi İrəvan Bakı ilə indiki kimi “dil tapmağa çalışan” mövqe sərgiləməyəcək. Əslində 44 günlük müharibədən sonra Ermənistan sülh sazişini bölgədə şərtlərin dəyişməsi ümidi ilə daim təxirə salırdı. Qarabağda erməni separatizminin ləğvinə qədər bu kartdan istifadə etməyə çalışdılar, lakin Azərbaycan suverenliyini bərpa etməklə prosesdə güclü tərəfə çevrildi. Bakı indi də güclü tərəfdir, amma Aİ və ABŞ-ın İrəvana birgə dəstəyi bölgədəki tarazlığı əleyhimizə çevirə, yaxud ən azı bu tarazlığı poza bilər. Aydındır ki, bu dəstəyi hiss edən Ermənistan həm kommunikasiyanın açılması, həm də sərhədin delimitasiyası məsələsində konstruktiv mövqedən yayınacaq və öz şərtlərini diktə etməyə çalışacaq. Bölgədəki maraqlarını bu ölkə üzərindən həyata keçirən Qərbin də Ermənistanı dəstəkləyəcəyi, Azərbaycanı “razı salmaq” məqsədilə təzyiqlər edəcəyi görünən perspektivdir. Bu baxımdan, 5 aprel görüşü həm region, həm də Azərbaycan üçün risklər vəd edir.

Bu riskli perspektivin qarşısını regional ölkələrin – Rusiya, Türkiyə, İran - kollektiv mövqeyi-addımı ala bilər, çünki Ermənistan üzərindən açılan cəbhə təkcə Azərbaycana yox, bu ölkələrin bölgədəki maraqlarına qarşıdır.

Asif Nərimanlı

visiontv.az



Избранный
143
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16700
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
13977
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10230
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9027
Faiq Sadıqov
8533
Səidə Sultan klipi üçün lüt soyundu
8025
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5871
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5776
Gənc aparıcı vəfat etdi - FOTO
5621
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5387
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5353
10 yaşlı uşağın faciəvi ölümü
5122
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4828
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4671
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4109
Ruslan Müşfiqabadlının anası vəfat edib
3527
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3310
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3172
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
2872