RU

Pediatr Məhsəti Nəcəfova: "Daimi tənəffüs pozulması ilə xarakterizə olunan obstruktiv bronxit daha təhlükəlidir"

Bronxit - ağciyərlərə hava daşıyan bronx şaxələrinin iltihablaşmasıdır. Kəskin və xroniki olmaqla iki yerə ayrılır. Xəstəliyin törədiciləri - viruslar, bakteriyalar (bəzən eyni vaxtda hər ikisi), göbələk, toksik, allergik və s. olur.
 
Aztibb.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 5 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Məhsəti Nəcəfova məlumat verib. Onun sözlərinə görə, xəstəlik 1 yaşa qədər körpələrdə çox vaxt bronxiolit şəklində rast gəlinir-ən kiçik bronx şaxələrinin iltihablaşması. Kəskin bronxitin simptomları kimi tutma şəkilli öskürək, döş qəfəsində ağrı, tənəffüs zamanı xırıltıların olması, baş ağrıları və s. göstərmək olar. Xroniki bronxit uzun sürən gedişlə, əsasən, kəskinləşmə və remisiyaların bir-birini əvəz etməsi ilə xarakterizə olunur. Bu zaman uşaqlarda bronx divarının selikli qişasında daimi ödəm müşahidə olunur ki, bu da təngnəfəslik və nəfəs darlığı əlamətləri ilə özünü büruzə verir.
 
Həkim-pediatr qeyd edib ki, obstruktiv bronxit daha təhlükəlidir. Bu da daimi tənəffüs pozulması ilə xarakterizə olunur. Virus formasında tənəffüs yoluna qrip, paraqrip, adenovirus, enterovirus, respirator sinsitial virus, rinovirus və s. daxil olur və xəstəliyin kliniki forması üzə çıxır. Bakterial forma pnevmokokk, stafilokokk, streptokokk, mikoplazma, xlamidiya və s., bəzən göbələk infeksiyası kandida albıcans tərəfindən törədilir. Yoluxma, əsasən, hava-damcı, kontakt-məişət yolu ilə baş verir. Xəstə uşağın qabları, oynatdığı oyuncaqlarla təmasda olduqda sağlam uşaq da yoluxa bilər.
 
M.Nəcəfova bildirib ki, xəstəliyin diaqnostikası qanın ümumi analizi, bəlğəmin müayinəsi, döş qəfəsinin rentgen müayinəsi, spiroqrafiya, KT, MRT, bronxoskopiya və s. həyata keçirilir:
“Xəstəliyin müalicəsinə gəldikdə isə, mütləq həkim - mütəxəssis tərəfindən müayinə olunmalıdır. Özbaşına müalicələr xəstəliyin xronikləşməsinə və ya digər ağırlaşmalara səbəb ola bilər. Otağın nisbi rütubətinə nəzarət etmək, xəstəliyin törədicisinə uyğun müalicə seçmək, fizioterapiya, inqalyasiyalar, UYT, elektrofarez və s. tətbiq olunur. Profilaktik tədbirlər kimi təmiz havada çox olmaq, düzgün qidalanma, xəstə uşaqlarla təmasdan çəkinmək tövsiyə olunur”.
 
O, bronxitin pnevmoniya, bronxial astma, göyöskürək, kistik fibroz kimi xəstəliklərlə bənzərlik təşkil etdiyini, dəqiq diaqnozun qoyulması üçün ilkin səhiyyə xidməti müəssisələrində fəaliyyət göstərən həkim-mütəxəssislərə müraciət etməyin zəruriliyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38818
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24272
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19273
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14889
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14648
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Abdullahianın cəsədi tapıldı - FOTO
11293
Helikopterin qalıqları tapılıb
11175
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7838
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6526
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5717
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4844
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4345
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3443
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3352
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2394