![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/3/28/3/529464dd-8ca4-45ac-b2c7-f3c22e3eb4e0/omid-mehkeme.png)
Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən “OMİD” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com xəbər verir ki, “OMİD” MMC barəsində tərtib olunan protokola Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə aprel ayının 2-i saat 10:00-da baxılacaq. Qeyd edək ki, ilk iclas 27 mart tarixində baş tutub.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 5 min manatdan 10 min manatadək cərimə edilə bilər.
Onu da bildirək ki, nizamnamə kapitalı 300 manat olan “OMİD” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəhman Vaqif oğludur.
Elnur Əli