RU

AIMC şirkətindən aztəminatlı ailələrə Novruz sovqatı — FOTO

Azərbaycanın aparıcı qızıl və mis istehsalçısı olan “Azerbaijan International Mining Company Limited” şirkəti tərəfindən Novruz bayramı münasibətilə Gədəbəy rayonunda yaşayan aztəminatlı ailələrə ənənəvi olaraq sovqatlar paylanılıb.

“Azerbaijan International Mining Company Limited” şirkətinin əməkdaşları Gədəbəy rayonunda məskunlaşan 300-dən çox ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdıraraq, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər.

Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri kimi aztəminatlı ailələrə göstərilən diqqət və qayğıya öz töhfələrini vermək üçün AIMC şirkəti tərəfindən təşkil olunan xeyriyyə tədbiri Gədəbəyin Qumlu massivi daxil olmaqla, Arıxdam, Söyüdlü, Qaradağ kəndləri üzrə məskunlaşan əhaliyə şamil olunub. Sakinlər AİMC tərəfindən göstərilən dəstəyə görə başda Dövlətimiz olmaqla əməyi keçən hər kəsə, o cümlədən aksiya iştirakçılarına təşəkkürlərini bildiriblər.

Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi “Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti mütəmadi şəkildə aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəmir. Ehtiyacı olan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, uşaqlarının təhsil xərclərinin ödənilməsi, sağlamlıqla bağlı problemlərin həlli və yüksək məğləb tələb edən əməliyyat xərclərinin qarşılanması üçün ödənişlərin həyata keçirilməsi istiqamətində öz dəstəyini verir.
Hər il 20-yə yaxın şagirdi məktəb ləvazimatları və məktəbli forması ilə təmin edən şirkət ən son layihədə 120-yə yaxın birinci sinifə gedən şagirdə forma və məktəb ləvazimatları təqdim etmişdir. Həmçinin AIMC şirkəti Mədənçilik və  Geologiya ixtisaslarında oxuyan əlaçı tələbələrə təqaüdlər verir. 
Daha öncə şirkət tərəfindən təşkil olunan kompyuter və ingilis dili kurslarında 800-dən çox şagird iştirak edib. Eyni zamanda pandemiya dövründə fəaliyyətini dayandıran bu kursların yenidən bərpa edilməsi üçün hal-hazırda zəruri prosedurlar həyata keçirilir.

Qeyd edək ki, AIMC Gədəbəydə təşkil olunan Taekvondo və Futbol çempionatına sponsorluq etməklə yanaşı adıçəkilən idman növlərinin davamlı fəaliyyət göstərməsi üçün onları daimi maliyyələşdirir. 

Şirkət eyni zamanda il ərzində bir neçə dəfə kənd yollarının bərpa olunmasına texnika və zəruri materialları təmin etməklə dəstək olur.

“Azerbaijan International Mining Company Limited” şirkəti bu cür fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı, həmrəylik prinsiplərinin güclənməsi istiqamətində aparılan işlərə öz töhfəsini verməyə çalışır.

Sosial məsuliyyət öhdəliklərinə sadiq qalan AIMC şirkətinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmyərliyi Günü münasibəti ilə aztəminatlı ailələrə bayram sovqatı paylamışdı. Şirkət əməkdaşları bu yanaşmanı Ramazan bayramında da davam etdirəcəklərini bildiriblər.





    

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38970
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19302
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14752
Abdullahianın cəsədi tapıldı - FOTO
12699
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11175
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7842
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6864
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5729
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4852
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4349
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3463
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3370
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2397