RU

“Avtomobil yolları haqqında” qanun dəyişdi

Prezident İlham Əliyev "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunun tətbiqi və "Avtomobil yolları haqqında" Qanunun tətbiq edilməsi barədə" fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, müəyyən edilib ki, "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

Həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;

Həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.

Nazirlər Kabineti "Avtomobil yolları haqqında" Qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etməlidir.

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

2.1-ci bənddə "19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində və yeddinci hissəsində (ikinci halda)" sözləri "19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci cümləsində, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda)" sözləri ilə əvəz edilib;

2.2-ci bəndə "Qanunun" sözündən sonra "19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) və" sözləri, "orqan" sözündən sonra "(qurum)" sözü əlavə edilib;

2.3-cü bənddən "19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsində (birinci halda), 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda), yeddinci (birinci halda), 19-3-cü maddəsinin altıncı (hər iki halda), 19-4-cü maddəsinin üçüncü (hər iki halda)," sözləri çıxarılıb;

Aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilib:

"2.3-1. həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;";

2.12-ci bənd aşağıdakı redaksiyada verilib:

"2.12. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;";

2.13-cü bənddən "və yeddinci hissəsində" sözləri çıxarılıb;

Aşağıdakı məzmunda 2.13-2-ci bənd əlavə edilib:

"2.13-2. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;".

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
11
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12157
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8696
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8623
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2397
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2093
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1905
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1789
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1553
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1183
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
964
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
736
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
480
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
389
Arda dubl etdi - VİDEO
385
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
380
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
374