RU

“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib.Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə paytaxtda, istismar müddəti bitmiş, sovetlər dövründən qalma mindən çox lift müasir liftlərlə əvəz edilib və bu istiqamətdə işlər davam etdirilir. Bununla yanaşı şəhərin lift təsərrüfatında müəyyən problemlər qalmaqdadır və təcili müdaxilələrə zərurət yaranıb. Müşavirədə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti ciddi tənqid edilib. Qeyd edilib ki, martın 26-da Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hüquq0mühafizə orqanları ilə birgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətinin hərtərəfli yoxlanılması aparılır.Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib.Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar. Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə edilib.Müşavirədə həm də Bakı şəhərində aparılan abadlıq-quruculuq işlərinin vəziyyəti müzakirə edilib. Bildirilib ki, paytaxtımız son illərdə böyük sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bununla əlaqədar abadlıq-quruculuq işlərinin daha da gücləndirilməsinə dair müvafiq tapşrıqlar verilib və şənbə günü paytaxt ərazisində geniş iməclik və ağacəkmə aksiyalarının keçirilməsi qərara alınıb.Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda 44 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
199
43
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13978
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11168
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9154
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2998
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2538
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2162
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2113
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1163
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
763
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
712
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
670
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
669
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
618
Arda Gülər dayanmır, yenə fərqləndi -
590