RU

Azərbaycan millisinin potensial rəqibləri bəlli oldu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

 

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında potensial rəqibləri bəlli olub.

Püşkatma aprelin 4-də keçiriləcək. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv püşkatmada birinci səbətdə yer alacaq:

1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.

2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.

3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.

4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.

Əlavə edək ki, qitənin əsas turniri iyunun 1-9 arasında Sarayevoda olacaq. 

 

Mənbə: qafqazinfo.az

Aqreqator
Избранный
141
8
1

1Источники

Комментарий ()
Закрывать