RU

İsrail əsgərləri ağ bayraq daşıyan fələstinliləri öldürdü


Silahsız fələstinlilərin İsrail əsgərləri tərəfindən öldürüldüyü anların görüntüləri paylaşılıb. HƏMAS-ın bəyanatında "Bu, faşistlərin törətdiyi cinayətlərin miqyasının daha bir sübutudur" ifadəsi işlədilib.

7NEWS.az xəbər verir ki, Qətərdə yerləşən Əl-Cəzirə kanalı silahsız fələstinlilərin öldürüldüyü anları lentə alıb. Əl-Cəzirənin paylaşdığı görüntülərdə əlində ağ parça olan bir fələstinlinin gedərkən İsrail əsgərləri tərəfindən vurulduğu qeyd edilib. Həyatını itirən fələstinlinin cəsədinin buldozerlə çıxarıldığı görülüb.

7NEWS.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
Источники
Комментарий ()
Закрывать