RU

Liftdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERT İZAH ETDİ

“Düzgün istifadə qaydaları pozularsa, yaxud sakinlər tərəfindən kənar müdaxilələr olarsa, onda rahatlığımız üçün olan bu qurğu bizim həyatımız üçün təhlükə mənbəyi olar. Ona görə liftdən istifadə edən sakinlər təhlükəsizlik qaydalarına riayət etməlidir. İlk öncə, liftin çağırış düyməsini ikisini eyni anda (həm yuxarı, həm də aşağı) basmaq olmaz, liftə minərkən əgər yanınızda körpə uşaq varsa, birinci özünüz daxil olun, sonra əlindən tutub uşağı, yanınızda ev heyvan (it, pişik) varsa, birinci heyvanı salın, sonra özünüz daxil olun”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

“Qalxacağınız (düşəcəyiniz) mərtəbənin düyməsini basın, digər düymələri qurdalamaq olmaz. Uşaqların liftin qapısının yanında dayanması təhlükəlidir. Liftin içərisində olanda güzgü varsa, bir az aralı durmaq lazımdır, güzgüyə söykənmək olmaz, içəridə liftin qapısına, tavana, düymələrə toxunmaq olmaz. Liftdən istifadə qaydalarında göstərilən adam sayından çox minmək, lifti natəmiz saxlamaq, içəridə sərt hərəkətlər etmək, qapını aralamaq olmaz”,- deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, liftdə qalan şəxs qorxu həyəcan keçirdiyindən özünü pis hiss edə bilər: “Ən əsas da bu uşaqlar, yaxud qadınlar olarsa. Onlarla söhbət edib, ciddi bir şey olmadığını söyləmək, qorxmamaq üçün mənəvi dəstək olmaq lazımdır. Kənar şəxlərin liftə müdaxilə etməsi, qapılarına hər hansı alət salmaq, yuxarı şaxta otağına çıxıb orada hər hansı əməliyyat aparmaq yolverilməzdir.

Nasaz liftdə qalanlara Bakı Lift İdarəsinin işçiləri, yaxud FHN-in xilasetmə qrupu tərəfindən yardım edilir və ətrafda olan digər adamlar isə işə maneçilik törətməməklə onlara şərait yaratmalıdır. Azyaşlı uşaqların lifdən tək istifadə etməsi məsləhət deyil. Unutmayaq ki, burada söhbət insan həyatından gedir. Fövqəladə vəziyyətdə liftən istifadə etmək olar? Yanğın, zəlzələ və.s fövqəladə hallar zamanı liftdən istifadə etmək olmaz. Əgər lift nasazdırsa, içərisində işıq yanmırsa belə, liftə minmək məsləhət deyil. Bu, sizin həyatınız üçün təhlükəli ola bilər. Yaxşı olar ki, digər qonşuları da məlumatlandırasınız”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18230
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12883
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10223
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4540
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4196
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3385
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3185
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2723
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2387
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2147
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1642
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1129
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1012
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1001
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
908
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
808
Arda dubl etdi - VİDEO
798