RU

Təminatsız əməliyyatlar üzrə orta faiz açıqlandı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Mart ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrəorta faiz (1D AZIR) 6.52% (fevralda 6.29%) olmaqla faiz dəhlizinindaxilində formalaşıb.

Trend MərkəziBanka istinadən xəbər verir ki, pul siyasəti alətləri avtonomamillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmətedir.

"Açıq bazar əməliyyatları və daimi imkan alətlərindən aktivistifadə pul bazarında milli valyutada banklar arasında həmtəminatsız, həm də təminatlı bağlanan əqdlərin orta çəkili faizdərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətinitəmin edib. Mart ayının ötən dövründə 1 günlük təminatsızəməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.52% (fevralda 6.29%)olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Pul bazarındakıfaizlərin digər faizlərə, o cümlədən depozit və kredit faizlərinətəsirinin gücləndirilməsi istiqamətində islahatlar davametdirilir", - Mərkəzi Bankın məlumatında deyilir.

Qeyd edək ki, martın 28-də Azərbaycan Mərkəzi Bankı uçotdərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbuledib.

Xatırladaq ki, Mərkəzi bankın faiz dəhlizinin parametrləi üzrənövbəti qərarı mayın 1-də açıqlanacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Избранный
20
2
1

1Источники

Комментарий ()
Закрывать