RU

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Xəbər verdiyimiz kimi, 1 oktyabr 2023-cü ildən etibarən kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilən evlərə qaz, su və işıq xətlərinin çəkilməsi qadağan edilib. Bu isə Bakıətrafı qəsəbələrdə ev tikmək məqsədilə satışa çıxarılan kənd təsərrüfatlı təyinatlı torpaqların kəskin ucuzlaşmasına səbəb olub. Müşahidələr onu göstərir ki, “makler” adlandırılan şəxslərin əlində olan torpaqlar kütləvi şəkildə satışa çıxarılıb. Qiymətlərdə baş verən dəyişikliyin bununla əlaqəli olduğu güman edilir. 

Paytaxta yaxın ərazilərdəki boş torpaqlarla bağlı müşahidə edilən dəyişikliklə əlaqədar əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Yeni Sabah”a açıqlama verib. O qeyd edib ki, tələbat azaldığı üçün qiymətlərin də aşağı düşməsi normaldır: 

“Bakı, Abşeron və paytaxta yaxın ərazilərdə yüz minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və çox sayda torpaq sahələri var. Bu ərazilərə çıxarışların verilməməsinin əsas səbəbi təyinatlarının yaşayış üçün yox, kənd təsərrüfatı, əkin, biçin təyinatlı olmasıdır. Torpaqlar yaşayış məntəqəsi təyinatlı olmadığına görə çıxarışlar verilmir. Yeni qərara əsasən 1 oktyabrdan sonra çıxarışı olmayan torpaqlarda inşa edilən tikililərə kommunal xətlərin çəkilişi qadağan olunub. Bu səbəbdən çıxarışlı torpaq sahələrinə tələbat çoxaldı və onların qiyməti artdı. Digər təyinatlı torpaqlara tələb azaldığı üçün bu ərazilər kütləvi şəkildə satışa çıxarılıb. Qiymətlərdə isə enmələr müşahidə olunur”. 

Ekspert bildirib ki, gələcəkdə bu tipli torpaq sahələrinin təyinatı dəyişdirilə bilər:

“Həmin ərazilərə tələbatın azalmasına səbəb bu torpaq sahələrinin yaşayış üçün yararsız olmasıdır. Orada hansısa formada tikinti işləri aparılsa da, kommunikasiya xətlərinin çəkilməsi qadağandır. Tələbatın az olması onların kütləvi formada satışa çıxarılmasına səbəb olur. Gələcəkdə bu cür torpaqların təyinatlarında dəyişiklik ola bilər. Torpaqların təyinatlarının dəyişilməsi və yaşayış məntəqəsi çıxarışlı torpaqlara çevrilməsi mümkün olarsa, tələbatın və qiymətlərin artması da gözlənilir”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
14
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23380
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16304
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14572
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
13222
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11452
Helikopterin qalıqları tapılıb
9942
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7264
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5463
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5339
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5330
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4124
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3652
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2913
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2173
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1835
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1733
Azərbaycan nefti ucuzlaşdı
1714