AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:
16.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVII turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra qonaqların baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb,
“Qarabağ-2” 400 manat cərimə edilib. (maddə 43.4);
16.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVII turun “Neftçi-2” – “Səbail-2” oyununun 17-ci dəqiqəsində “Neftçi-2” komandasının azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “Neftçi-2” komandası 150 manat cərimə edilir (maddə 52.2);