RU

Azərbaycan çempionatı: “Sabah”dan qələbə

Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Cəlilabadda eyniadlı komanda liderlər qrupunda qərarlaşan “Sabah”ı qəbul edib.

Meydan sahibləri güclü rəqibə uzun müddət müqavimət göstərmələrinə baxmayaraq, sonda meydanı məğlub tərk ediblər. 90:76 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 27-yə yüksəldib. “Cəlilabad”ın isə hesabında 20 xal var.

Qeyd edək ki, tura martın 17-də keçiriləcək “Şəki” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.

Избранный
252
6
idmanxeber.az

10Источники