RU

Kreml Nikol Paşinyanın bəyanatını dinləyib qərarını verəcək

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın təşkilat üzvlüyü öhdəliklərini yerinə yetirmədiyi təqdirdə KTMT-dən çıxmağa hazır olması barədə bəyanatlarını dinləyib.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bizə həm KTMT çərçivəsində, həm də ikitərəfli səviyyədə erməni tərəfdaşlarımızla təmaslar lazımdır. Baş nazirin verdiyi bəyanatlara uyğun olaraq aydınlaşdırıb danışacağıq”, – deyə Peskov bildirib.

Kreml nümayəndəsi KTMT-nin Paşinyanın bu cür bəyanatlarına necə baxması sualını yersiz adlandırıb. Peskovun fikrincə, bu məsələ KTMT-yə ünvanlanmalıdır. O, bu vəziyyətin təşkilatın fövqəladə sammitinə səbəb olub-olmayacağı sualına da cavab verib, lakin qeyd edib ki, “KTMT çərçivəsində görüləsi işlər var”.

Qeyd edək ki, fevral ayında Nikol Paşinyan Ermənistanın KTMT-dəki iştirakının dondurulduğunu bəyan edib. Bundan sonra İrəvan Moskvanı xəbərdar edib ki, Rusiya sərhədçiləri Yerevanın Zvartnots hava limanında fəaliyyətini dayandırmalıdırlar. Bir gün əvvəl, martın 12-də Paşinyan Ermənistanın suveren ərazisinin harada yerləşməsi və KTMT-nin məsuliyyət zonasının harada olması ilə bağlı təşkilatın tərəfdaşlarının baxışı İrəvanı qane etmədiyi təqdirdə KTMT-dən çıxmağı mümkün sayıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
219
50
editor.az

10Источники