RU

Formula 1 üzrə Bəhreyn Qran-Prisində mövsümə start verilib

Formula

Bakı, 29 fevral, AZƏRTAC

Formula 1 üzrə Bəhreyn Qran-Prisinə start verilib.

AZƏRTAC xəbər verir ki, yeni mövsümdə ilin ilk məşqi baş tutub. “Red Bull” komandasının avstraliyalı pilotu Daniel Rikkardo bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.

İlk üçlüyü “McLaren”də çıxış edən Lando Norris və Oskar Piastri qapayıb. Üçqat dünya çempionu olan “Red Bull”un sürücüsü Maks Ferstappen isə altıncı yeri tutub.

Formula 1 üzrə Bəhreyn Qran-Prisinə martın 2-də yekun vurulacaq.

 

Избранный
287
19
azertag.az

9Источники