RU

Bayden Ağ Evdə Navalnının arvadı və qızı ilə görüşüb

Image

ABŞ Prezidenti Co Bayden rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya və qızı Daria ilə görüşüb. Bu barədə ABŞ lideri “X” sosial platformasında paylaşım edib. Bayden Navalnının ölümü ilə bağlı onlara başsağlığı verdiyini bildirib.

Qeyd edək ki, A. Navalnı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Onun tromb yaranması səbəbindən öldüyü bildirilir. Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Mətləb Salahov






Избранный
134
11
baki-xeber.com

10Источники