RU

Dindarların hisslərini təhqir edən “tattu” ustası qadın həbs olundu

Sankt-Peterburqda möminlərin hisslərini təhqir etməkdə şübhəli bilinən döymə ustası Dariyaya yeri tərk etməmək barədə yazılı müddəa şəklində həbs qətimkan tədbiri seçilib.
32gun.az Rusiya KİV-nə istimadən bildirir ki, ilkin məlumatlara görə, 2023-cü ilin aprelindən gec olmayaraq Daria baldırında pravoslav xaçı və İsa Məsihin təhrif olunmuş şəkildə təsvir olunduğu döymənin fotoşəkillərini çəkib və  "Telegram"da yerləşdirib. 
Bir neçə gün əvvəl “Sorok Sorokov” hüquq-müdafiə mərkəzi Dariyanın fəaliyyətinə diqqət çəkib. Mərkəzin "Telegram" kanalı dini simvolları, İsa Məsih və Məryəmi təsvir edən “küfr” döymələri edən Nina adlı döymə rəssamı haqqında məlumat yayıb.
Mərkəzin məlumatına görə, Nina Daria ilə eyni döymə salonunda işləyib. özünü aktiv vətəndaş mövqeyi olan pravoslav dindarların birliyi kimi təqdim edən rus ictimai hərəkatı "Со́рок сороко́в"un üzvləri qıza qarşı ifadə verməyə çağır və Darianın  tutulması tələbi ilə hüquq-mühafizə orqanlarına müraciət yazdı.
Xatırladılır ki, Daria fevralın 17-nə keçən gecə Pulkovoda saxlanılıb . O, Moskva vasitəsilə Ermənistana uçmaq niyyətində olub. 24 yaşlı qıza qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci maddəsinin 1-ci hissəsi (Cəmiyyətə açıq-aşkar hörmətsizliyi ifadə edən və dindarların dini hisslərini təhqir etmək məqsədi ilə törədilən ictimai hərəkətlər) ilə cinayət işi açılıb . Bu maddə üzrə maksimum cəza bir ilə qədər həbsdir.

Nilay 

Избранный
397
32gun.az

1Источники