RU

Çin hissələrinə görə ABŞ-da bir neçə min avtomobil bloklanıb

Bir neçə min “Porsche”, “Bentley” və “Audi” markalı avtomobillərdə Çindən gələn qadağan olunmuş hissə aşkar edildikdən sonra ABŞ limanlarında bloklanıb.

Bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Çin komponenti ABŞ-ın hesab etdiyi kimi, uyğur xalqının nümayəndələrinin məcburi əməyindən istifadə olunduğu Qərbi Çində istehsal edilib. ABŞ-da Çinin belə ərazilərindən idxal qanunla qadağandır.

Aydın olur ki, əsas avtomobil tədarükçüsü həmin hissəni vasitəçidən aldığı üçün guya onun mənşəyindən xəbəri olmayıb. Hazırda şirkət mindən çox Porsche idman avtomobili və yolsuzluq avtomobilində, yüzlərlə Bentleydə və bir neçə min Audidə tapılan komponenti əvəz edir. Bundan əlavə, hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırmalara başlanılıb.

Mənbə: CNN

Избранный
261
45
dogru.az

10Источники