RU

“WhatsApp” yeni funksiyanı işə salır

“WhatsApp” messencerində “Apple” qurğularının istifadəçilərinə profillərə parolsuz daxil olmağa kömək edəcək yeni funksiyanı sınaqdan keçirir. Parolsuz autentifikasiya sistemi (passkey) sayəsində siz barmaq izi (Touch ID), üz skanı (Face ID) və ya PIN koddan istifadə edərək tətbiqə daxil ola bilərsiniz.

Yeniliyin tezliklə işə salınacağı gözlənilir. Android cihazları üçün oxşar funksiya 2023-cü ilin oktyabr ayından etibarən mövcuddur.

“Passkey” standartı hazırda texnologiya şirkətləri arasında fəal şəkildə istifadə olunur və adi parollardan qat-qat təhlükəsiz hesab olunur. Daha əvvəl “X” sosial şəbəkəsi və “Amazon” istifadəçilərə öz hesablarına parolsuz daxil olmaq imkanı əlavə etmişdilər.

Избранный
201
4
banker.az

2Источники