ABŞ hakimiyyəti hesab edir ki, Venesuela rəhbərliyinin müxalifətlə razılaşmaları yerinə yetirmək üçün aprel ayına qədər vaxtı var, əks halda Vaşinqton sanksiyaları bərpa edə bilər.
Publika.az-ın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı deyib.
O qeyd edib ki, Venesuela rəhbərliyi 2023-cü ilin oktyabrında "müxalif siyasi partiyalar, azad və ədalətli seçkilərlə bağlı bütün bunların nə demək olduğu ilə bağlı müəyyən öhdəliklər götürüb".