RU

Məşhur reperin qatili 27 il sonra tutuldu

Məşhur reperin qatili 27 il sonra tutuldu

27 il sonra Las-Veqas polisi məşhur amerikalı reper Tupak Şakurun qətlində şübhəli bilinən şəxsi saxlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, şəhər prokurorluğu saxlanılan Keyt Davisə qarşı ittiham irəli sürüb və o, həbs edilib. Bu barədə "Associated Press" və "The New York Times" məlumat yayıb.

Musiqiçi 1996-cı il sentyabrın 7-də öldürülüb. O, maşınının yanında dayanan avtomobildən atəşə tutulub. İlkin versiyalardan birinə görə, atışmadan əvvəl münaqişə və yol davası olub.

Ötən gün saxlanılan Keyt Devis 90-cı illərin ortalarında Las-Veqasda cinayətkar dəstələrdən birinin lideri olub. Əvvəllər o, dəfələrlə Tupak Şakurun vurulduğu maşında olduğunu bildirib. Buna baxmayaraq, Devis işdə şahid qismində iştirak edib.

O, deyib ki, yolda baş verən münaqişənin səbəbkarı qardaşı oğlu Orlando Andersona hücum edən repçinin özü olub. Uzun müddət musiqiçini öldürməkdə şübhəli bilinən o, idi. Andersonun özü isə Tupak Şakurun qətlindən iki il sonra başqa bir atışmada ölüb.

Избранный
498
2
Источники
Комментарий ()
Закрывать