İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Turnirin favoritlərindən olan \"Barselona” \"Atletik”lə üz-üzə gələcək.
Bu komandalar Bilbaoda qarşılaşacaqlar. Digər cütlərdə \"Selta” \"Real Sosyedad”ı, \"Mayorka” \"Jirona”nı, \"Atletiko” isə \"Sevilya”nı qəbul edəcək. Mərhələ bir oyundan ibarət olacaq və qalib komandalar yarımfinala yüksələcəklər.
1/4 final mərhələsinin oyunları yanvarın 23-25-i aralığında keçiriləcək.
///Report