RU

İspaniya Kubokunda 1/4 finalın püşkü atıldı

Bu gün futbol üzrə İspaniya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, 1/8 finalda uğur qazanmış komandaların yarımfinala vəsiqə uğrunda kiminlə mübarizə aparacağı müəyyənləşib.

Turnirin favoritlərindən olan “Barselona” Bilbao “Atletik”i ilə üz-üzə gələcək. Bu komandalar Bilbaoda qarşılaşacaqlar.

Digər cütlərdə “Selta” “Real Sosyedad”ı, “Mayorka” “Jirona”nı, “Atletiko” isə “Sevilya”nı qəbul edəcək. Madrid derbisində paytaxtın digər təmsilçisi “Real”ı mübarizədən kənarlaşdırmış “Atletiko” da turnirin əsas favoritlərindən hesab edilir.

Qeyd edək ki, İspaniya Kubokunda 1/4 final mərhələsi bir oyundan ibarət olacaq. Qalib komandalar birbaşa yarımfinala yüksələcəklər.

1/4 final mərhələsinin oyunları yanvarın 23-25-i aralığında keçiriləcək.

İspaniya Kuboku
1/4 final
23-25 yanvar

Atletik – Barselona
Atletiko – Sevilya
Selta – Real Sosyedad
Malyorka – Jirona

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
165
18
arena.az

10Источники