RU

Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8°, gündüz 8-12° olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6°, gündüz 10-15°, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
513
49
hafta.az

10Источники