RU

“Ermənilərin ərazimizdən keçidini məhdudlaşdırmaq fikrimiz yoxdur”

Ermənilərin Azərbaycan ərazisindən keçid imkanını necəsə məhdudlaşdırmaq fikrimiz yoxdur”.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniya milli teleradiosuna (ERR) müsahibəsində deyib.

E.Əmirbəyov Naxçıvanda və ya Azərbaycanın əsas hissəsində yaşayan Azərbaycan vətəndaşlarının bu ərazidən maneəsiz keçə bilmələri üçün Azərbaycanın Ermənistan tərəfi ilə Zəngəzur dəhlizinin bərpası barədə danışıqlara başladığını qeyd edib.

Onun sözlərinə görə, söhbət, təəssüf ki, münaqişə nəticəsində dağıdılmış 42 kilometrlik dəmir yolu xəttindən gedir.

"Lakin söhbət təkcə çatışmayan sahənin tikintisindən getmir. Yeri gəlmişkən, bizim tərəfimizdən bu iş demək olar ki, başa çatıb. Mən Horadiz-Ağbənd sahəsini nəzərdə tuturam. Əfsuslar olsun ki, Ermənistan tərəfindən heç layihənin texniki əsaslandırması üzərində iş başladılmayıb. Lakin bizim üçün əsas məsələ odur ki, bu 42 kilometrlik sahədən keçmək istəyən Azərbaycan vətəndaşlarının təhlükəsizliyi necə təmin olunacaq? Hələlik söhbət dəmir yolundan gedir.

Избранный
60
10
publika.az

10Источники