RU

Sabirabadda azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ATANI HANSI CƏZA GÖZLƏYİR?

Xəbər verdiyimiz kimi, Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata - 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Referans.az-ın xəbərinə görə, M.Quliyevi 4 ilədək həbs cəzası gözləyir.

 

Belə ki, Cinayət Məcəlləsinin 176-1-ci (Qadını nikaha daxil olmağa məcbur etmə) maddəsinin 2-ci bəndinə əsasən, nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. /pravda.az

Избранный
99
1
oxu.az

10Источники