RU

I Liqanın qalmaqallı oyunu ilə bağlı cəzalar açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda I Liqanın 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“İmişli” – “Mingəçevir” oyununda “İmişli” azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “İmişli” klubu 150 manat cərimə edilib.

“İmişli” – “Mingəçevir” oyununda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib.

“Karvan” – “Zaqatala” oyununun 86-cı dəqiqəsində “Karvan” klubunun 1 nömrəli futbolçusu Amil Orucovun qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb, “Karvan” klubu 200 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Karvan” – “Zaqatala” oyununun 90-cı dəqiqəsində “Karvan” klubunun 19 nömrəli futbolçusu Ruslan Voronsov təcavüzkar davranışa (rəqibi təpiklə vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Karvan” klubu 300 manat cərimə edilib.

“Karvan” – “Zaqatala” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Karvan” klubuna xəbərdarlıq edilib.

“Karvan” – “Zaqatala” oyununda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib.

“Karvan” – “Zaqatala” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib.

“Karvan” – “Zaqatala” oyununun 85-ci dəqiqəsində “Zaqatala” klubunun 14 nömrəli futbolçusu Rüstəm Nuruyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb, “Zaqatala” klubu 200 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Karvan” – “Zaqatala” oyununun 86-cı dəqiqəsində “Zaqatala” klubunun məşqçisi Nəsib Əliyev hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Zaqatala” klubu 150 manat cərimə edilib.

“Karvan” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Difai Ağsu” oyununun 30-cu dəqiqəsində “Difai Ağsu” klubunun 90 nömrəli futbolçusu İlham Allahverdiyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Difai Ağsu” klubu 50 manat cərimə edilib.

“Şamaxı” – MOİK oyununun 52-ci dəqiqəsində MOİK klubunun 44 nömrəli futbolçusu Samir İbrahimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, MOİK klubu 50 manat cərimə edilib.

“Şamaxı” – MOİK oyunundan sonra Şamaxı şəhər stadionuna dəymiş zərər MOİK klubu tərəfindən ödənilsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
519
5
rekord.az

10Источники