İran Hərbi Dəniz Qüvvələri 1000 km mənzilli qanadlı raketlər, həmçinin kəşfiyyat helikopterləri alıb.
Herbiand.az bu barədə İran mediasına istinadən xəbər verir.
Məlumat ABŞ-ın İranı Hind okeanında kimyəvi tankerə pilotsuz təyyarə ilə hücum etməkdə ittiham etməsindən sonra açıqlanıb.
İran Hərbi Dəniz Qüvvələrinin rəisi Şəhram İrani bildirib ki, “Talaeiyeh” qanadlı raketi 1000 km-dən çox uçuşa malikdir və hədəfləri missiyanın ortasında dəyişə bilən ağıllı raketdir: “Kəşfiyyat helikopterləri, pilotsuz təyyarələr və dəniz qanadlı raketləri donanmanın arsenalına əlavə edilən yeni silahlar arasındadır. Bütün bu avadanlıqlar İranın hərbi sənayesi tərəfindən hazırlanıb və istehsal edilib”.
Bəxtiyar CƏFƏRLİ